Ərdoğanın lətifə söhbəti ermənilərin qəzəbinə səbəb oldu
SİYASƏT
11:50 22.05.2013
2342
Bir qrup erməni Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və mədəniyyət naziri Ömər Çəlikin xristian icmasından üzr istəməsini tələb edib. Buna səbəb baş nazir Ərdoğanın mədəniyyət naziri Ömər Çəlikdən eşitdiyi lətifəni tədbirlərdən birində danışması və tədbir iştirakçılarının gülməsi olub.Məlumata görə, Ərdoğan “Ağıllı insanlar” heyətinin iclasında mədəniyyət nazirinə istinad edərək belə bir lətifə danışıb: Bir nəfər Allaha dua edərək, tanrım, məni böhtandan qoru – deyir. Bu vaxt göy guruldayır və cavab gəlir ki, böhtandan mən də bezaram. Mənə də İsanın atası deyirlər.