Türkiyə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün öhdəsinə düşəni etməyə hazırdır.
AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç "CNN Türk”ə müsahibəsində deyib.
O bildirib ki, yekun qərarı Azərbaycan və Ermənistan verəcək.
A.Ç.Kılıç, həmçinin qeyd edib ki, Türkiyə Ermənistanla əlaqələrə regionun sabit gələcəyi aspektindən yanaşır.