Ərdoğanın partiyası seçkilərdə rəqiblərini geridə qoyur - YENİLƏNİR

DÜNYA
23:02 30.03.2014
1427
Türkiyədə keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlanıb. Son nəticələrə görə, ölkə üzrə hakim Ədalət və İnkişaf Partiyası 49,14 faiz səslə rəqiblərini qabaqlayır.Hakim partiyanın əsas rəqibi CHP 25 faiz, MHP isə 13 faiz səs alıb.İstanbul şəhərində bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlanıb.İstanbul Böyükşəhər bələdiyyəsində hakim Ədalət və İnkişaf partiyasından olan namizəd Kadir Topbaş 51,12% səslə rəqiblərini qabaqlayır.Bu dəqiqələrə qədər Ankarada bulletenlərinin 6%-i sayılıb. İlkin nəticələrə görə, AKP 45,4%, CHP 39,8%, MHP isə 10,6% səs toplayıb.
OXŞAR XƏBƏRLƏR