Ərdoğanın prezidentliyə namizədliyi rəsmən irəli sürülüb

Ərdoğanın prezidentliyə namizədliyi rəsmən irəli sürülüb
DÜNYA
19:24 21.03.2023
228
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) birləşdiyi "Cümhur ittifaqı” Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına müraciət edib.

Bu barədə AZXEBER.COM "Haber Global”a istinadən xəbər verir.

Qeyd edək ki, CHP, İYİ Partiya, Səadət Partiyası, DEVA, Demokrat Partiya və Gələcək Partiyasının birləşdiyi "Millət” koalisiyasının prezident seçkisindəki namizədi Kemal Kılıçdaroğlu olacaq.

Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkiləri bu il mayın 14-də keçiriləcək.
OXŞAR XƏBƏRLƏR