Ötən gün baş nazir Ərdoğan Somada baş verən faciəyə görə etiraz aksiyası keçirən sakinlərdən birinə şillə atmışdı.
AZXEBER.COM xəbər verir ki, Türkiyənin Baş naziri Ərdoğanın ötən gün faciənin baş verdiyi Somada vətəndaşların etirazlarından qorunmaq üçün bir marketə sığındığı vaxt baş verib və bu olay kameralara düşüb.
Sözügedən video artıq sosial şəbəkələrdə və internet xəbər saytlarında yayımlanıb.
AZXEBER.COM Türkiyənin “Milliyet” qəzetinə istinadən xəbər verir ki, Ərdoğanın sillələdiyi Taner Kuruca adlı mədənçi hadisənin təfərrüatlarını danışıb. O, Ərdoğanın ona sillə vurmadığını və yayılan məlumatların təhrif edildiyini deyib:
“Marketin girişində hörmətli baş nazirimiz əslindəməni qorumağa çalışdı. Həmin zaman mənə bir sillə dəydi. Amma məni baş nazir deyil, onun qoruması sillələdi. Mən də baş nazirin qoruması olsaydım bəlkə də elə edərdim. Çünki orada hamı qəzəbli idi”.
Taner Kuruca Ərdoğanın onu təhqir etməsi ilə bağlı iddialara da münasibət bildirib:
“Bəzi mətbuat orqanları çalışır ki, mən baş nazirin əleyhinə danışıb, hadisəni onun üzərinə atım. Həmin an bir televiziya kanalı mənə yaxınlaşıb “Baş nazir səni vurdu?” dediyi zaman, həyəcandan “Bəli” dedim. Amma indi hadisəni daha yaxşı xatırlayıram. O məni təhqir də etməyib”.
Xatırladaq ki, Somada kömür mədənində baş verən partlayış nəticəsində 300-ə yaxın mədənçi həlak olub. Hadisə yerinə gedən Ərdoğanı etirazçılar ciddi narazılıqla qarşılayıblar, hətta Baş nazirə daş da atılıb.
Videonu bir daha təqdim edirik:
