Ərdoğanın Suriyaya səfəri gözlənilir

DÜNYA
11:12 22.12.2024
150
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyaya səfəri gözlənilir.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Suriyadakı müvəqqəti işlər vəkili Burhan Koroğlu deyib.

O bildirib ki, Ərdoğan xarici işlər naziri Hakan Fidandan sonra Suriyaya səfər etmək barədə düşünür.

Yeni mərhələ barədə danışan diplomatın sözlərinə görə, Suriya-Türkiyə münasibətləri təxminən Osmanlı dövründəki kimi olacaq.

Qeyd edək ki, bir neçə gün əvvəl Ərdoğan Fidanın Dəməşqə gedəcəyini bildirmişdi. Bundan əvvəl Milli Kəşfiyyat İdarəsinin rəisi İbrahim Kalın Suriyaya gedib.

OXŞAR XƏBƏRLƏR