Ərdoğanın sözçüsü: Sabah Ukrayna taxılının daşınmasına başlanıla bilər

Ərdoğanın sözçüsü: Sabah Ukrayna taxılının daşınmasına başlanıla bilər
DÜNYA
14:14 31.07.2022
307
"Ukrayna tərəfi ilə mütəmadi təmasdayıq. Rusiya tərəfi ilə də təmaslar davam edir. Gəmilər Odessa limanından çıxmağa hazır vəziyyətdədir”.

Bu sözləri Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.

"Hansı koordinatdan necə çıxacaq, beynəlxalq ərazi sularına girdiyi zaman, Türkiyə ərazi sularına girdiyi zaman kim yükləyəcək kimi detallar var. İlk gəminin sabah səhər yola çıxması ehtimalı yüksəkdir”, - deyə İ.Kalın qeyd edib.
OXŞAR XƏBƏRLƏR