Dünən axşam Ankarada 4-cü Kolordu Komandanlığında əsgərlərlə görüşdüyü iftar proqramında çıxış edən Ərdoğanın Kiprlə bağlı sözləri Yunanıstanın ayağını ayağa qaldırıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ərdoğanın "Bəlkə Kiprdə güneyə diqqət yetirsəydik, artıq cənub-şimal deyə bir şey qalmazdı, Kipr tamamilə bizim olardı", - sözlərin Yunanıstanda böyük reaksiya səbəb olub.
Yunanıstanın əsas müxalifət partiyası SİRİZA Ərdoğanın sözlərinə reaksiya verib.
SİRİZA Yunanıstan hökumətinə çağırış edərək, Ərdoğanın sözlərinə rəsmi reaksiya verilməsini tələb edib. SİRİZA bəyanat yayaraq Ərdoğanın sözlərini pisləyib.
Yunanıstanın müxalifət partiyası "Hökumət bu cür qəbuledilməz və təxribat xarakterli bəyanatların Yunanıstan-Türkiyə və Avropa-Türkiyə münasibətlərinə zərər verdiyini açıq şəkildə bildirəcək lazımi diplomatik addımlarla cavab verməlidir” deyib.
SİRİZA Mitsotakis hökumətini qeyri-şəffaf xarici siyasət yürütməkdə ittiham edib.
Mikayıl