28 may seçkilərində yenidən prezident seçilən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Co Baydenin telefon görüşməsinin təfərrüatları məlum olub.
AZXEBER.COM xəbər verir ki, ABŞ prezidenti Co Bayden prezident Ərdoğanla zənginin təfərrüatlarını açıqlayıb.
Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Bayden "Ərdoğanla danışdım. Mən onu təbrik etdim. O, hələ də F-16-lar üzərində işləmək istəyir. Mən də İsveçlə razılaşma istədiyimizi dedim və tədbir görülməsini istədim. Ona görə də biz yenidən bir-birimizlə əlaqə saxlayacağıq", - deyə bildirib.
Gülay