Ərdoğanla Mirziyoyev görüşdü

Ərdoğanla Mirziyoyev görüşdü
DÜNYA
20:49 29.01.2026
699
Özbəkistan və Türkiyə prezidentləri Ankarada təkbətək görüş keçiriblər.

AZXEBER.COM xəbər verir ki, Şavkat Mirziyoyev və Rəcəb Tayyib Ərdoğan Özbəkistan-Türkiyə hərtərəfli strateji tərəfdaşlığının daha da genişləndirilməsini müzakirə ediblər.

İki lider strateji planlaşdırma qrupunun "4+4" formatında keçirilən görüşünün nəticələrini alqışlayıblar.

Onlar sənaye, kənd təsərrüfatı, sosial müdafiə və digər sahələrdə layihələrin irəlilədilməsinin vacibliyini vurğulayıblar. Müdafiə və təhlükəsizlik, eləcə də kibercinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığın və koordinasiyanın gücləndirilməsinə xüsusi diqqət yetirilib.
OXŞAR XƏBƏRLƏR