Ərdoğanla Paşinyanın müzakirə edəcəyi məsələlər açıqlandı

Ərdoğanla Paşinyanın müzakirə edəcəyi məsələlər açıqlandı
SİYASƏT
11:02 04.10.2022
295
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla Çexiyanın paytaxtı Praqada keçirəcəyi görüşdə Zəngəzur dəhlizinin açılmasını müzakirə edəcək.

AZXEBER.COM xəbər verir ki, bunu "Sabah” qəzeti yazıb.

Məlumata görə, görüşdə Ankara-İrəvan münasibətlərinin normallaşdırılması, o cümlədən xüsusi nümayəndələrin görüşlərinin üçüncü ölkələrdə yox, Türkiyə və Ermənistanda keçirilməsi müzakirə ediləcək.

Nəşr yazıb ki, R.T.Ərdoğan N.Paşinyana regionda gərginliyin artmaması üçün təxribatlardan uzaq durulması və Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması istiqamətində mesajlar çatdıracaq.
OXŞAR XƏBƏRLƏR