Ərə gedə bilməyən müğənni jurnalisti məmurla hədələdi - VİDEO
MAQAZİN
17:00 15.04.2014
4131
“Düz üzünə” verilişinin növbəti qonağı olan əməkdar artist, sevilən müğənni Şəbnəm Tapdıq bir rəfiqəsinin onun haqda süjetdə səsləndirdiyi faktlara olduqca sərt reaksiya verib. Qeyd edək ki, süjetlərdə iştirak edən digər müsahiblərdən fərqli olaraq, müğənni verilişdə bu nüfuzlu xanımın çıxış etməsini özü xahiş edib. Xanım isə Şəbnəm Tapdığın gənclik illəri ilə bağlı gizli sirrini üzə çıxarıb. Biz bu sirlərin hansı faktlar olduğunu tam öyrənə bilməsək də, aldığımız informasiyaya görə, bu, Şəbnəm xanımın gizli saxladığı 90-cı illərdəki Türkiyə səfəri və onun orda bir neçə əməliyyat keçirməsi ilə bağlı olub. Süjetdə səsləndirilən fikirlər Şəbnəm xanımın xeyli əsəbiləşməsinə və aqressivləşməsinə səbəb olub. Süjetdən dərhal sonra jurnalist Alim Nəbioğlunun Şəbnəm xanıma verdiyi sual isə müğənninin lap özündən çıxarıb. Əsəbiləşən xanım jurnalistə stolun üzərindəki əşyaları ataraq, onu hədələyib və nalayiq söyüşlərlə təhqir edib. Verilişin yaradıcı heyəti mübahisəni aradan qaldırmaq və Şəbnəm xanımın əsəblərinin sakitləşdirilməsi üçün xeyli çalışmalı olub. Jurnalist Alim Nəbioğlunun xanımdan heç bir qəbahəti olmasa da, üzr istəməsinə baxmayaraq, Şəbnəm xanım təkidlə jurnalistin verilişdə iştirak etməməsini istəyib. Alim Nəbioğlu “Düz üzünə” verilişinin hər buraxılışında çıxış etsə də, bu dəfə sona qədər iştirak edə bilməyib.Baş verən insidentə aydınlıq gətirmək üçün Alim Nəbioğluna müraciət etdik. Bir xeyli tərəddüddən sonra jurnalist belə hadisənin baş verməsini təsdiq etdi:“Mən Şəbnəm xanımın sənətini bir jurnalist kimi gənclik illərindən izləmişəm. Əminəm ki, o, necə deyərlər, sadəcə hirsini mənim üzərimə tökdü. Rəfiqəsi onun haqda şok faktlar səsləndirdi. Mənim ona veridyim adi sualın onu bu qədər hirsləndirəcəyinə, məni təhqir edəcəyinə inanmazdım”."Rəfiqəsi onun haqda hansı faktları açıqladı?" sualımıza Alim bəy belə cavab verdi:“Rəfiqəsi əminliklə deyirdi ki, Şəbnəm xanımın səsi 90-cı illərdə batmışdı. O, səsini və qəfildən kökəlməsinin qarşısını almaq, burnunu plastik əməliyyat etdirmək üçün Türkiyəyə getmişdi. Xanım dedi ki, mən məsləhət görərdim ki, Şəbnəm daha bu görüntüdə efirə çıxmasın, o yaxşı toxumaq bacarır. Getsin toxuculuqla məşğul olsun”.Jurnalistin məhz hansı sualının Şəbnəm xanımı özündən çıxarmasına gəlincə isə Alim bəy deyib:“Adi sual verdim. Soruşdum ki, özünüzü tərifləyirsiniz. Türk mahnısı “Çilə bülbülüm”dən sonra 34 ildir ki, hansı maraqlı ifanızı yazdırmısınız?” sualım onu özündən çıxardı. Məni təhqir etməyə başladı, İradə xanım olmasa idi, stolun üzərindəki fincanı üstümə atacaqdı. Mən İradə xanıma dərin təşəkkürümü bildirirəm. Onun təklifi ilə mən hətta Şəbnəm xanımdan heç bir günahım olmasa da, üzr istədim. Amma Şəbnəm xanım təkid etdi ki, mən daha efirdə iştirak etməyim. Üstəlik, bir vəzifəli məmura zəng edəcəyi ilə də məni hədələdi. Əsəbimdən mənim səhhətimdə də problem yaranmışdı. Üstəlik, İradə xanıma və verilişin yaradıcı heyətinə bəslədiyim dərin hörmətə görə verilişi tərk etdim ki, onların çəkilişi yarımçıq qalmasın. Bu verilişi İradə xanımın necə əziyyətlə ərsəyə gətirdiyinin mən şahidiyəm. Onun əməyini yerə vura bilməzdim. Kaş bu gün bütün jurnalsitlər onun kimi öz işinə məsuliyyətli, təmkinli, mədəni, obyektiv və hərtərəfli yanaşsın. Bu verilişdə iştirak edərkən mən bir daha əmin oldum ki, bizim müğənnilər düz üzünə danışmağı bacarmır. Hələ yaxşıdır ki, Şəbnəm xanım gəldi. Əksər müğənnilər yalançı şoulara, saxta qalmaqallara gedir, digər kanallardakı süni davalara qoşulur, amma gəlib düz üzünə danışmağı, doğru söz eşitməyi bacarmır”.Məsələyə aydınlıq gətirmək üçün biz “Düz üzünə” verilişinin yaradıcı heyəti ilə də əlaqə saxladıq. Müxbir Amil Xəlilov Şəbnəm Tapdığın Alim Nəbioğlunu efirdən uzaqlaşdırma xəbərini təsdiq etsə də, əlavə informasiya verməyərək, “Biz verilişdə hər şeyi danışmışıq. Əlavə söz deməyə ehtiyac duymuram. Axşam saat 22:00-da verilişdə Şəbnəm xanımla bağlı bütün faktlarla tanış olacaqsınız”, - deyə bildirdi. /// press24.az