“Subay olsaydım, çoxdan...”.
Röya Ayxan sentyabrda Heydər Əliyev Sarayında konsert verməyə hazırlaşır.
AZXEBER.COM xəbər verir ki, müğənni bu haqda “Onlar” verilişində məlumat verib. O, eyni zamanda, konsertinə dəvətnamə istəyənlərdən də söz açıb:
“Dəvətnamə istəyənlər ön sırada əyləşməyin davasını edirlər. Üstəlik konsertə gec gelib, tez də gedirlər. Sonra bilirsən ki, yeri xoşuna gəlməyib, səndən inciyib. Heç yerdə belə şey yoxdur. Özün konsert verib, özün də bilet paylayırsan”.
Müğənni müsahibəsində söyləyib ki, Zamiqlə oxuduğu duetə klip çəkdirəcək.
“Mahnı sevildi, çünki Altayın sözləri insanlara yaxındır. May ayında həmin mahnıya Dubayda Zamiqlə birgə klip çəkdirəcəyik”.
Mayın 25-də Türkiyəli müğənni Gülşən Azərbaycanda konsert verəcək. Konsertdə Gülşənlə yanaşı, Röya da iştirak edəcək. Röya Ayxan Gülşənin Murat Bozla çəkdirdiyi erotik klipə fikir də bildirib.
“Gülşən ailəli deyil, subaydır. Mən isə evliyəm. Subay olsaydım, çoxdan o cür klip çəkdirmişdim. O layihələri görəndə ərə getdiyim üçün peşman oluram”.