'Ərə getmək və uşaq sahibi olmaq istəyirəm'

İDMAN
11:47 28.06.2013
1787
Tanınmış idmançı Yelena İsinbayeva 2013-cü ildə Moskvada keçiriləcək dünya çempionatından sonra karyerasında fasilə vermək qərarına gəlib. İkiqat olimpiya çempionu bunu uşaq istəməsi ilə əlaqələndirir:“Mən istərdim ki, karyerama fasilə verim. Ərə getmək və uşaq sahibi olmaq istəyirəm. Son vaxtlar bu barədə xeyli düşünürəm. Bunun müsbət və mənfi tərəfləri var. Mən, əlbəttə ki, Braziliyada keçiriləcək Olimpiya haqqında düşünürəm. Daha bir olimpiya medalı qazansam daha yaxşı olar”.
OXŞAR XƏBƏRLƏR