Ərəb Dövlətləri Liqası Suriyanı təşkilata qaytardı

Ərəb Dövlətləri Liqası Suriyanı təşkilata qaytardı
DÜNYA
18:30 07.05.2023
233

Ərəb Dövlətləri Liqasının üzvü olan ölkələrin xarici işlər nazirliklərinin rəhbərləri bazar günü keçirilən iclasda Suriyanın regional təşkilata qaytarılması barədə qərar qəbul ediblər.

Bu barədə İraq Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əhməd əs-Sahaf məlumat verib.

"Ərəb Xarici İşlər Nazirləri Şurası Suriyaya Ərəb Dövlətləri Liqasındakı yerini qaytarmaq qərarına gəlib”, - deyə diplomat bildirib.
OXŞAR XƏBƏRLƏR