Ərəb imamdan qalmaqallı açıqlama: "Müsəlman ol, şərab iç"

Ərəb imamdan qalmaqallı açıqlama: "Müsəlman ol, şərab iç"
DÜNYA
14:48 24.01.2017
5517

"Hər mömin müsəlman qeyri-müsəlmanı islama dəvət etməlidir. Xüsusilə də əhli-kitab olan xristianlar və ya yəhudilərin islama dəvətində, onların müsəlman olmalarında böyük təqva, şərafət var".

Misirin ən məşhur din xadimlərindən biri, imam Mahmud əl Məsri "Əl Nas" telekanalındakı proqramında belə deyib.

Daha sonra o, "maraqlı hekayət" adlandırdığı bir "rəvayət" danışıb.


İmam Mahmud əl Məsri əvvəl müsəlman olmayanların islama dəvətindən bəhs edərək, qeyri-müsəlmanlara müsəlmanların münasibətinin formatından danışıb: "Sevimli qardaş və bacılarım! Vallahi ki, tövbə etmək istəyirik və tövbə edənlərin də əllərindən tutmaq istəyirik. Onların halına yanmalıyıq. Vallahi ki, Allah adına onlarla sərt davranmamalıyıq. Bu insanlar xəstədir. Onlar günahkardır. Onlara acımalıyıq, şəfqət göstərməliyik. Onlara münasibətimiz xəstə insanlara həkimin münasibəti kimi olmalıdır. Vallahi ki, belədir. Onlarla maraqlanmalıyıq, onların bu halı üçün üzülməli, kədərlənməliyik. Və vallahi ki, belə insanın tövbə edərək həqq yoluna gəlməsi üçün məqbul hər vasitəyə əl atmalıyıq".

Daha sonra isə o, islama dəvətin "ibrətamiz və maraqlı bir yolu"ndan danışıb: "Sizə bununla bağlı xoş, maraqlı bir hekayət danışacağam. Deməli, əyyami-qədimdə bir yəhudi ilə qonşu olan bir müsəlman varmış. Müsəlman hər nə qədər az da olsa, yəhudinin qəlbində yaxşılığı sezmişdi. Onu islama dəvət etmək üçün yollar, vasitələr arayırdı. Və günlərin birində yəhudiyə yaxınlaşıb deyir: "İslamı qəbul etməyi, müsəlman olmağı düşünmürsən? Niyə müsəlman olmursan?"  Yəhudi də cavab verər: "Mənim müsəlman olmağımın yeganə əngəli şərab içməyimdir. Şərab içməyi çox sevirəm.

Əslində islamı çoxdan qəbul edərdim, amma şərabdan ayrıla bilmirəm. Müsəlman dərhal bir plan qurur. Az sonra yəhudiyə deyir: "Narahat olma! Müşkül yaranmaz. İslamı qəbul et, müsəlman ol, şərab içməyə davam et". Vallahi ki, müsəlman qardaşımız, təbii, bu sözlərində səmimi deyildi. Yəhudi düşünür, sevinir, "Əla, onda islamı qəbul edirəm!" söyləyir. Yəhudi kəlmeyi-şəhadəti deyir, islamı qəbul edir, müsəlman olur.

Və müsəlman gülərək ona deyir: "Hə, indi müsəlman oldun. Artıq müsəlmansan. Əgər şərab içsən, bunun cəzası nədirsə, onu alacaqsan! Və əgər islamı tərk etsən, səni öldürəcəyik. Çünki islamda dindən dönüklüyün cəzası çox ağırdır". Beləcə, həmin yəhudi müsəlman qalıb və ömrünün sonunadək şərab içməyib. Vallahi ki, ibrətamiz, yaxşı, xoş rəvayətdir, qardaşlarım və bacılarım..."

İmam Mahmud əl Məsrinin bu açıqlaması böyük qalmaqala səbəb olub. Onu islamın şərtlərini təhrif etməkdə suçlayıblar.

//Milli.Az

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yayda pişiklərə necə qulluq edək? - Mütəxəssislərdən vacib tövsiyələr
14:42 23.06.2026
Yayda pişiklərə necə qulluq edək? - Mütəxəssislərdən vacib tövsiyələr
5 ayda 5 ölüm: Bakıda motosiklet qəzalarının statistikası açıqlandı
14:37 23.06.2026
5 ayda 5 ölüm: Bakıda motosiklet qəzalarının statistikası açıqlandı
Arif Hacılının ölkədən çıxışına "stop" qoyulub
14:33 23.06.2026
Arif Hacılının ölkədən çıxışına "stop" qoyulub
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar
14:17 23.06.2026
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada işğal dövründə güllələnmiş büstlərə baxıblar
Keçmiş sevgilisi tərəfindən hücuma məruz qalan qadın gözünü itirib - FOTOLAR
14:02 23.06.2026
Keçmiş sevgilisi tərəfindən hücuma məruz qalan qadın gözünü itirib - FOTOLAR
Prezidentlər Şuşa məscidində tikinti işləri ilə tanış oldular - Fotolar
13:55 23.06.2026
Prezidentlər Şuşa məscidində tikinti işləri ilə tanış oldular - Fotolar
Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir
13:52 23.06.2026
Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birinci yaşayış kompleksində olublar - FOTOLAR
13:34 23.06.2026
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birinci yaşayış kompleksində olublar - FOTOLAR
Fransada istilər can aldı: Avtomobildə qalan iki azyaşlı həyatını itirdi
13:31 23.06.2026
Fransada istilər can aldı: Avtomobildə qalan iki azyaşlı həyatını itirdi
Türkiyə üçün xəbərdarlıq edildi: Qızmar istilər yaxınlaşır
13:20 23.06.2026
Türkiyə üçün xəbərdarlıq edildi: Qızmar istilər yaxınlaşır
Göygöldə dövlət qulluqçularının peşə bayramı qeyd olundu - FOTOLAR
13:18 23.06.2026
Göygöldə dövlət qulluqçularının peşə bayramı qeyd olundu - FOTOLAR
Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində - Fotolar
13:11 23.06.2026
Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində - Fotolar
Filippində məktəbdə atışma zamanı yaralananların sayı 20 nəfərə çatıb
13:06 23.06.2026
Filippində məktəbdə atışma zamanı yaralananların sayı 20 nəfərə çatıb
Nazir rəisi vəzifəsindən azad etdi - FOTO
13:05 23.06.2026
Nazir rəisi vəzifəsindən azad etdi - FOTO
Sabah Bakıda və rayonlarda yağış yağacaq
12:54 23.06.2026
Sabah Bakıda və rayonlarda yağış yağacaq
Prezident ona yüksək vəzifə verdi - FOTO
12:45 23.06.2026
Prezident ona yüksək vəzifə verdi - FOTO