Ərəb ölkələrinə həsr edilmiş beynəlxalq konfrans öz işini davam etdirir

SİYASƏT
12:57 08.11.2013
1131

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin(SAM) “Ərəb ölkələri son dəyişikliklərdən sonra: sosial, iqtisadi və siyasi proseslər” mövzusunda beynəlxalq konfrans öz işini davam etdirib.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan Diplomatik Akademiyasının şöbə müdiri Anar Vəliyevin moderatoru olduğu üçüncü sessiyanın mövzusu “İdarəetmədə İslam və son dəyişikliklərdən sonra ərəb ölkələrinin siyasi və ictimai həyatında dinin rolu” olub.Sessiyanın məruzəçiləri Tagammu Partiyasının mətbuat katibi, jurnalist Nabil Zeki Lotfi “Misir mümkün olmayanı etdi”, Qahirə Universitetinin Humanitar və riyazi elmlər fakültəsinin tarix üzrə professoru Vagih Abdelsadek Moussa Atiq “Ərəb baharı” ölkələrində siyasi İslamın problemləri, Təhlükəsizlik və Strateji Araşdırmalar üzrə Respublika Mərkəzinin direktoru Matz Muhi Abdulhamid “Ərəb inqilabı və İraqda “cihadçı” hərəkatlar” mövzularında çıxış ediblər.Sessiya İslam hüququ, İslam siyasi və hüquqi konsepsiyalarının üsyanlardan sonrakı (əsasən, Misir, Tunis və Liviya) dövrdə ictimai sferaya tətbiqini müzakirə etməyi hədəfləyib. İslam diskursunun yeni siyasi partiyaların proqramlarında analizinə xüsusi əhəmiyyət verilib.Sessiyada “İslam konsepsiyaları idarə və inzibati işlərdə istifadə olunurmu?”, “Səciyyəvi İslam ideya və nəzəriyyəsinin ictimai siyasətdə istifadəsinə dair təkliflər və ya praktiki tətbiqləri varmı?”, “Ərəb Baharı ictimai sferada dinin rolunu necə dəyişdi?”, “İslam hüququnun dəyişməkdə olan Ərəb baharı ölkələrinə təsiri nədir?”, “Üsyan Ərəb ölkələrində din, dini institutlar və siyasi iştirakı arasındakı münasibətləri necə dəyişdi?” kimi bu və başqa suallar ətrafında müzakirələr aparılıb.Sonda konfrans iştirakçılarını maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb.Qeyd edək ki, konfransın qiymətləndirmə hesabatının ərəb və ingilis dillərində nəşri planlaşdırılır, hesabat yerli və xarici təşkilatlara paylanacaq.

OXŞAR XƏBƏRLƏR