Ərəb mediası İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışına geniş yer ayırıb

Ərəb mediası İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışına geniş yer ayırıb
SİYASƏT
16:38 23.07.2023
309
Azərbaycan Prezidenti İlham Əliyevin "4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumundakı çıxışı ərəb mediasının da diqqət mərkəzində olub.

Misirin MENA xəbər agentliyinin saytında və nüfuzlu "Əl Əhram” qəzetində "Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərin inkişafının prioritet məsələ olduğunu bildirib” sərlövhəli məqalə dərc edilib. Yazıda diqqətə çatdırılıb ki, Şuşa Qlobal Media Forumunda iştirak edən dünyanın müxtəlif ölkələrindən gəlmiş jurnalistlərin suallarını cavablandıran Azərbaycanın dövlət başçısı uzun illər işğaldan əziyyət çəkən ölkəsinin sülhə və inkişafa nail olmaq istədiyini bildirib.

Məqalədə qeyd olunub ki, Misirin MENA agentliyinin müxbiri Məcid Şalkinin mina təhlükəsizliyi ilə bağlı sualını cavablandıran Prezident İlham Əliyev müharibə bitəndən sonra minaların azad olunmuş ərazilərdə üç yüzdən artıq insanın həyatına son qoyduğunu və ya onları ağır şəkildə yaraladığını deyib. O vurğulayıb ki, bu, müharibə cinayətidir və həmin minaların xəritəsini təqdim etməyən Ermənistan Azərbaycana qarşı terroru davam etdirir.

Yazıda diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti bununla bağlı vurğulayıb: "Biz bilirik ki, o xəritələr onlarda var, çünki minalar məhz belə basdırılır. Minaları basdıranların əlində xəritə olur, çünki onlar özləri həmin minaya düşə bilərlər. Əvvəl onlar ən yüksək səviyyədə Ermənistan baş naziri şəxsən rəsmi bizə deyirdi ki, onlarda belə bir xəritələr yoxdur. Nəhayət boyunlarına aldılar ki, belə bir xəritələr var. Bəs, nəyə görə bizə yalan deyirdilər? Çünki istəyirdilər ki, azərbaycanlılar ölməkdə davam etsinlər, şikəst olsunlar. Onlar daha sonra bizə mina xəritələrini təqdim etdilər. Amma həmin xəritələrin dəqiqliyi heç 25 faiz deyildi. Yəni, bunun heç bir mahiyyəti yox idi. Bu, çox mənasız xəritələr idi. Biz ciddi səylər göstəririk, tədbirlər həyata keçiririk ki, minalardan azad olaq. Biz avadanlıq almışıq, xüsusi maşınlar gətirmişik. Bizim yerli şirkətlərdən biri artıq Azərbaycanda onları istehsal etməyə başlayıb. Biz özəl şirkətləri dəvət etmişik və bu istiqamətdə bir neçə özəl şirkət yaradılıbdır, onlar da bu prosesə qoşulublar”.

MENA agentliyi qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan ərazilərində bir milyondan artıq mina basdırıldığını, ermənilərin verdiyi xəritənin isə təqribən 400 min minanı əhatə etdiyini bildirib. Bu, həm də Ermənistanın 400 min mina basdırması barədə etirafıdır. Azərbaycanın dövlət başçısı təəssüflə qeyd edib ki, ermənilərin mina terroru nəticəsində qurbanlar var və gələcəkdə də olacaqdır.
"Belbaladi” və "Əl Hərir” informasiya portallarında AZƏRTAC-ın xəbərinə istinadla dərc olunan materiallarda qeyd edilib ki, Forumda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev medianın insanların maarifləndirilməsi və onların problemlərinin həllində mühüm rol oynadığını söyləyib. Azərbaycanın dövlət başçısı, həmçinin ənənəvi media ilə yanaşı, sosial medianın da mühüm rolunu qeyd edib.
Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Şuşa Qlobal Media Forumunda mühüm qlobal və regional məsələlərə toxunub. O, Türkiyənin İkinci Qarabağ müharibəsində Azərbaycanın yanında olması, rəsmi Bakının Moskva ilə münasibətləri, Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi, müharibədə qazanılmış Qələbədən sonra regionda yaranmış yeni reallıqlar, Ermənistanın mina terroru və sülh prosesi kimi məsələlərdən bəhs edib. Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistan Azərbaycana qarşı hər hansı ərazi iddialarından imtina etsə, bu sülh sazişinin bu ilin sonuna qədər imzalanması kifayət qədər mümkündür. Lakin bu olmasa, o halda sülh olmayacaq. Bu isə bölgə üçün yaxşı ssenari deyil, sabitlik, təhlükəsizlik bəxş etməyəcək. Eyni zamanda, çox həssas geosiyasi vəziyyəti nəzərə alaraq gələcəkdə də çətinliklər yaradacaq.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan: TRIPP-in icrasına başlamaq üçün gündəlik işləyirik
13:18 06.10.2026
Paşinyan: TRIPP-in icrasına başlamaq üçün gündəlik işləyirik
Eldəniz Əmirov: Aqrar qanunun nəticəsi onun tətbiqindən asılı olacaq
13:12 06.10.2026
Eldəniz Əmirov: Aqrar qanunun nəticəsi onun tətbiqindən asılı olacaq
Təcili Yardım Mərkəzinə yeni direktor təyin edildi
13:02 06.10.2026
Təcili Yardım Mərkəzinə yeni direktor təyin edildi
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
12:41 06.10.2026
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTOLAR
12:37 06.10.2026
Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTOLAR
Havalar soyudu, küçə ticarəti dəyişdi – İndi ən çox bunlar satılır
12:33 06.10.2026
Havalar soyudu, küçə ticarəti dəyişdi – İndi ən çox bunlar satılır
Yağışlı havalarda sürücülər nələrə diqqət etməlidir? - Ekspertdən vacib tövsiyələr
12:19 06.10.2026
Yağışlı havalarda sürücülər nələrə diqqət etməlidir? - Ekspertdən vacib tövsiyələr
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb
12:14 06.10.2026
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb
Duracaq və qarajlarla bağlı - Dəyişiklik
11:57 06.10.2026
Duracaq və qarajlarla bağlı - Dəyişiklik
İstanbulda məktəbdə insident: 8 şagird yaralandı
11:56 06.10.2026
İstanbulda məktəbdə insident: 8 şagird yaralandı
Qubada 19 kiloqram narkotik vasitə aşkarlandı
11:53 06.10.2026
Qubada 19 kiloqram narkotik vasitə aşkarlandı
ADNSU müəllimlərinə yüksək məbləğdə mükafat verildi
11:43 06.10.2026
ADNSU müəllimlərinə yüksək məbləğdə mükafat verildi
Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi - VİDEO
11:38 06.10.2026
Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi - VİDEO
Yağış yağanda şəhəri kanalizasiya qoxusu bürüyür – Səbəbi nədir?
11:25 06.10.2026
Yağış yağanda şəhəri kanalizasiya qoxusu bürüyür – Səbəbi nədir?
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
11:18 06.10.2026
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
VIII Qurultay Azərbaycanın yeni inkişaf mərhələsinin prioritetlərini müəyyənləşdirdi
11:09 06.10.2026
VIII Qurultay Azərbaycanın yeni inkişaf mərhələsinin prioritetlərini müəyyənləşdirdi