"Tarqovı"da faciə: Ərəb turist öldü

"Tarqovı"da faciə: Ərəb turist öldü
SOSİAL
15:35 07.11.2016
1446

Bakıda qonaq olan Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı qəfil ölüb. 

Hadisə Nəsimi rayonu Nizami küçəsi 61 ünvanının qarşısında - "Tarqovı" məhəlləsi adlanan yerdə baş verib. BƏƏ vətəndaşı, 1963-cü il təvəllüdlü Abdulla Xatın İbrahim yeriyərkən qəfil halı pisləşib və yıxılıb. Təcili tibbi yardım briqadası gəlincə, o keçinib.

 

Ölüm faktı ilə bağlı araşdırma aparılır.  A.İbrahimin Bakıya turist kimi gəldiyi bildirilir.

 
//Lent.az
OXŞAR XƏBƏRLƏR