Yasir Ərəfatın 2004-cü ildə ölüm səbəbini araşdıran ekspertlərin rəyi onun poloniumla zəhərləndiyini ortaya çıxarıb. ANS PRESS “Reuters” agentliyinə istinadən bildirir ki, bu barədə Fələstin liderinin ekspertizanı əldə etmiş dul qadını bildirib. "Əsil cinayətin üstü açılıb. Bu siyasi qətl olub", - deyə Parisdə yaşayan Suha Ərafat bildirib.Agentliyin məlumatına görə, qadın ekspertiza nəticələrini İsveçrənin Lozanna şəhərində yaşayan Radiofizika İnstitutundan alıb. Orada bir il ərzində Fələstin Milli Administrasiyasının banisinin və birinci liderinin qalıqları araşdırılıb. Nəticələr Fələstin rəhbərliyinə də təqdim edilib.