‘Ərəstun Oruclunun nə qədər keyfiyyətsiz birisi olduğuna bir daha əmin oldum’ - STATUS

‘Ərəstun Oruclunun nə qədər keyfiyyətsiz birisi olduğuna bir daha əmin oldum’ -  STATUS
01:53 07.03.2013
1775

“Orada təhqiramiz şərhlər yazan adamların hamısının bütün meyarlar üzrə aşağılıq varlıqlar olduqlarını istənilən debatda və ya söhbətdə ortaya qoyacağımdan da əminəm”.

AZXEBER.COM-un məlumatına görə, bu sözləri milli məclisin deputatı Fazil Mustafa öz şəxsi facebook səhifəsində yazıb. Deputat "Şərq-Qərb Araşdırmaları Mərkəzi"nin rəhbəriƏrəstun Oruclunun öz şəxsi “facebook” səhifəsində onun fikilrəini təhrif etdiyini və bunu müzakirəyə çıxartdığını qeyd edib:

“Ərəstun Oruclu adlı köhnə tanışlarımızdan biri öz səhifəsində bizim fikirlərimizi təhrif edərək müzakirəyə çıxarmış və Azərbaycanın bəlkə də ən iyrənc adamları ilə birlikdə özü də geniş təhqir kampaniyası keçirmişdir. Mən köhnədən münasibətim olan insanlarla hər zaman insan münasibətlərində siyasi görüşlərimizin fərqli olmasına rağmən səmimiyyəti qorumağa üstünlük verirəm. Orada təhqiramiz şərhlər yazan adamların hamısının bütün meyarlar üzrə aşağılıq varlıqlar olduqlarını istənilən debatda və ya söhbətdə ortaya qoyacağımdan da əminəm. Bununla belə sosial şəbəkədən bir məsələdə xoşum gəlir ki, buradakı mövqelərdən bəzilərinin, o cümlədən Ərəstun Oruclunun nə qədər keyfiyyətsiz birisi olduğuna bir daha əmin oldum. Hər şeyin doğrusunu Allah bilir”.

Qeyd edək ki, Ərəstun Oruclu satusunda deputatın “Bu şəhərdə”nin aktyorları ilə bağlı fikirlərinə belə münasibət bildirib:

“Bu şəhərdə"nin aktyorları Rafael və Coşqun “Ər işdə” adlı yeni konsert proqramında deputat Fazil Mustafanı parodiya etdilər. Fazil bəyin buna münasibəti isə: “Təəssüf doğuran odur ki, Azərbaycan tamaşaçısı belə aşağı əyarlı aktyorların tamaşalarına baxmağa gedir. Bu isə ondan xəbər verir ki, tamaşaçılarımızın səviyyəsi çox aşağıdır. Əgər tamaşaçılar onların konsertlərinə getməsəydilər, onlar heçvaxt səhnədən parlament deputatını təhqir etməyə cürət etməzdilər." kimi oldu. Məncə Fazil bəy haqlıdır və parlament bu olaydan ciddi nəticə çıxarıb bir qədər daha yuxarı əyarlı tamaşalar təşkil eləməlidir ki, rəqabət apararaq "Bu şəhərdə"dən daha çox tamaşaçı toplaya bilsin. Bəlkə bu həm də tamaşaçıların səviyyəsini qaldırmağa xidmət edərdi. Elə həm də parlamentin özünün...”

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR