Əri burnunu və dodağını kəsdi - VİDEO

DÜNYA
13:47 18.12.2013
1221
Əfqanıstanda əri tərəfindən burnu və dodağı kəsilən Sitarə müalicə üçün Türkiyəyə aparılıb. Onun müalicəsi Ankarada aparılacaq.
Hadisə Əfqanıstanın Herat şəhərində yaşanıb. 4 övlad anası, 23 yaşlı Sitarəni narkoman əri vəhşicəsinə döyüb, sonra uşaqlarının gözü qarşısında qadının burnunu və dodağını kəsib.
Qadının dediyinə görə, ərinə narkotik maddələrdən asılılıqdan əl çəkməsini istədiyi, ailəsinin qayğısına qalmasının gərəkdiyini deyəndə faciə yaşanıb.
Sitarəni şikəst etmiş əri qaçıb. Polis onu axtarır.
Herat şəhər xəstəxanasına aparılan Sitarənin müalicəsi orada mümkün olmadığı üçün Əfqanıstanın Səhiyyə Nazirliyi kömək üçün Türkiyənin Kabuldakı səfirliyinə müraciət etmişdi.(milli.az)

OXŞAR XƏBƏRLƏR