Əri ilə dalaşan qadın 4 yaşlı uşağını pəncərədən atdı - Foto

Əri ilə dalaşan qadın 4 yaşlı uşağını pəncərədən atdı - Foto
DÜNYA
11:46 01.03.2018
6070
35 yaşlı qadın əri ilə dalaşıb, əsəbiləşərək 4 yaşlı oğlunu qaldıqları otelin pəncərəsindən atıb
 
AZXEBER.COM xarici KİV-ə istinadən bildirir ki, sözügedən hadisə Çində baş verib. Belə ki, boşanan cütlük uşaqların vərəsəliyi üçün məhkəməyə müraciət edib. Məhkəmə 6 yaşlı böyük uşağın atada, 4 yaşlı kiçik uşağın isə anada qalmasına qərar verib.
 
Bunun üzərinə, 35 yaşlı qadın keçmiş həyat yoldaşına uşaqları ilə son dəfə birlikdə vaxt keçirmək istədiyini bildirib. Qadın 2 uşağı ilə birgə otelə gəlib.
 
Bilinməyən səbəbdən keçmiş cütlük arasında gərginlik yaşanıb. Həmin an əsəbiləşən qadın, 4 yaşlı oğlunu qaldıqları otelin pəncərəsindən atıb.
 
Xoşbəxtlikdən uşaq pəncərənin altında olan gübrə torbalarının üzərinə düşərək, yüngül xəsarətlə xilas olub.
 
Polis ananı həbs edib.
 
Leyla Rəhimli
 

 

 

 


OXŞAR XƏBƏRLƏR