Əri işə gedən kimi, yad kişini yatağına saldı, videoya çəkdi... - Sonra həyatının şokunu yaşadı

Əri işə gedən kimi, yad kişini yatağına saldı, videoya çəkdi... - Sonra həyatının şokunu yaşadı
SOSİAL
11:27 09.11.2019
52578
Bakıda cinsi əlaqədə olduğu qızı şantaj etməkdə, ondan külli miqdarda pul almaqda ittiham olunan Mingəçevir şəhər sakini, 1986-cı il təvəllüdlü Əli Məmmədovun (cinayət işində ad və soyadlar şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İntim əlaqə, gizli çəkiliş

Milli.Az xəbər verir ki, Əli Məmmədov 5 may 2012-ci il tarixdə "Mail.ru" internet sosial şəbəkəsində Vəfa Babayeva ilə tanış olub.

Daha sonra onların münasibətləri istiləşib və Vəfa evdə tək olduqları vaxtlarda Əlini yaşadığı Xəzər rayonu, Mərdəkan qəsəbəsində olan evinə çağırıb.

Onlar həmin evdə mütəmadi olaraq cinsi əlaqədə olublar. Həmin vaxt cinsi əlaqədə olmalarını Əli telefon vasitəsi ilə gizli olaraq videoya çəkib.

Ərinə video göndərməklə hədələdi

Daha sonra Əli telefon vasitəsi ilə Vəfa ilə əlaqə saxlayıb. O, cinsi əlaqədə olmalarını videoya çəkdiyini, onu rüsvay edəcəyini deyib.

Əli şantajlarını davam etdirib və həmin cinsi əlaqədə olmaq barədə olan videonu Vəfanın ərinə, valideynlərinə və qardaşına deyəcəyi ilə də hədələyib.

Ərindən qorxdu, 500 manat göndərdi

Belə şantaj etməklə Əli 2017-cı ilin fevralın ortalarında yaşadığı Mingəçevir şəhərinə bank vasitəsi ilə Vəfadan 500 manat göndərməsini tələb edib.

Bundan qorxuya düşən Vəfa fevralın 21-də 500 manatı Mərdəkan qəsəbəsində, S.Yesenin küçəsi 100 saylı ünvanda yerləşən "UniBank" ASC-nin Mərdəkan filialına məxsus paypoint aparatı vasitəsi ilə Əlinin "Albalı plüş" plastik kart hesabına göndərib.

Bundan başqa, Əli Vəfaya məxsus iki ədəd qızıl üzükləri özü girova qoyduğu lombarddan 595 manatın müqabilində çıxararaq geri qaytaracağına dair yalandan vəd verib.

Vəfa həqiqətən də tələb olunan məbləğdə pulu Əliyə verdiyi halda özünə məxsus qızıl üzüklərini ondan geri alacağına inanıb.

Dələduzluq

Bu məqsədlə Vəfa martın 2-də 595 manatı "UniBank" Açıq Səhmdar Cəmiyyətinin Mərdəkan filialına məxsus paypoint aparatı vasitəsi ilə Əlinin istifadəsində olmuş "Albalı plus" plastik kart hesabına göndərib.

Bununla da Əli aldatma yolu ilə həmin məbləğdə pulu ələ keçirib, zərərçəkmiş şəxsə 595 manat ziyan vurmaqla dələduzluq edib.

800 manat aldı, əməlindən əl çəkmədi

Bundan bir ay sonra Əli yenidən Vəfanı intim videoları vasitəsi ilə şantaj etməyə başlayıb. O, Vəfaya həmin videonu ərinə, valdeynlərinə, qardaşına göndərəcəyi ilə hədələyib, ondan həmin ilin aprelində 800 manat verməsini tələb edib.

Aprelin 8-də Vəfa tələb olunan məbləği Əlinin "Albalı plüs" plastik kart hesabına göndərib. Həmin ilin aprelin 18-də isə eyni əməlləri ilə Əli Vəfadan bu dəfə 1500 manat göndərməsini tələb edib.

Bu şantajlardan bezən Vəfa Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Baş Mübarizə İdarəsinə ərizə ilə müraciət edib.

"Bazarstore"də əməliyyat

Bundan sonra idarənin əməliyyatçıları seriya nömrələri müəyyən edilmiş 15 ədəd yüzlük əsginası Vəfaya veriblər. Qurulmuş əməliyyata uyğun olaraq Vəfa Əliyə həmin məbləğdə pulu Nərimanov rayonu, F.X.Xoyski prospektində yerləşən "Bazarstore" marketinin içərisində verməyə razılaşıb.

İki maddəli cinayət işi

Həmin gün saat 16.35-də Vəfa ilə Əli həmin marketdə görüşüblər. Əli Vəfadan pulu alarkən idarə əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq orqanı tərəfindən Əli Məmmədovun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək) və 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.

7 il 6 ay cəzadan narazı qaldı

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Məmmədov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəza çəkmə müəssisəndə çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan Əli Məmmədov apelyasiya şikayəti verib. O, ittiham olunduğu Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə bəraət verilməsini, 182.2.2-ci maddəsinin isə 182.1-ci maddəsinə tövsif edilməsini istəyib. Əli Məmmədov Cinayət Məcəlləsinin 182.1-ci maddəsində nəzərdə tutulmuş cəzadan da aşağı həddə cəza təyin olunmasını xahiş edib.

Həbsdən bir il xilas oldu

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Əli Məmmədovun şikayəti qismən təmin olunub, onun cəzası 6 il 6 aya endirilib. Bu qərardan narazı qalan Əli Məmmədov kasasiya şikayəti verib.

Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim İmran Hacıqayıbovun sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Əli Məmmədovun kasasiya şikayəti təmin olunmayıb./Publika.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın bəzi rayonlarında yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
13:13 11.10.2026
Azərbaycanın bəzi rayonlarında yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
Saçlara qulluqla bağlı ən çox edilən səhvlər
12:41 11.10.2026
Saçlara qulluqla bağlı ən çox edilən səhvlər
“Şagirdin geyim tərzi valideynin dünyagörüşünü nümayiş etdirməməlidir”
12:25 11.10.2026
“Şagirdin geyim tərzi valideynin dünyagörüşünü nümayiş etdirməməlidir”
Azərbaycan millisi Avstriyaya qalib gəldi
12:23 11.10.2026
Azərbaycan millisi Avstriyaya qalib gəldi
Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb
12:20 11.10.2026
Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb
ŞAD XƏBƏR - Bu şəxslərə lotoreya ilə evlər veriləcək
11:50 11.10.2026
ŞAD XƏBƏR - Bu şəxslərə lotoreya ilə evlər veriləcək
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsilalanların bərabərliyini müəyyən edir"
11:27 11.10.2026
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsilalanların bərabərliyini müəyyən edir"
Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
11:23 11.10.2026
Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
“Yad düşüncələrdən uzaq durmalı və ideoloji təxribatlara qarşı mübarizə aparmalıyıq"
11:15 11.10.2026
“Yad düşüncələrdən uzaq durmalı və ideoloji təxribatlara qarşı mübarizə aparmalıyıq"
Yəməndə husilər yolları bağladı - xəstəxanaların fəaliyyəti dayana bilər
11:05 11.10.2026
Yəməndə husilər yolları bağladı - xəstəxanaların fəaliyyəti dayana bilər
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
10:40 11.10.2026
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
10:17 11.10.2026
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
10:13 11.10.2026
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
Azərbaycanlı gənc Polşada vəfat etdi
10:09 11.10.2026
Azərbaycanlı gənc Polşada vəfat etdi
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
09:49 11.10.2026
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
09:40 11.10.2026
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq