Əridən qaçan qadın maşın altında qalaraq öldü

MARAQLI
12:27 11.12.2011
2352
Türkiyədə əri ilə dalaşaraq onun əlindən qaçan qadın avtomobil yolunda avtobusun altında qalaraq ölüb. Hadisə Dənizli vilayətinin Pınarkent ərazisində baş verib. Məlumata görə, qadın əvvəl işsiz olan ərini çayxanada qumar oynayarkən tutur və ona yaxınlaşır. Cütlük arasında mübahisə başlayır və ərin sillə vurması ilə qadın hadisə yerindən uzaqlaşır. Qaçaraq avtomobil yoluna çıxan 33 yaşlı qadına avtobus çırpılır və zərərçəkmiş hadisə yerində ölür. Baş vermiş hadisə isə təhlükəsizlik kameraları tərəfindən çəkilib. 3 saat sonra hüquq mühafizə orqanlarına təslim olan kişi həyat yoldaşını vurduğunu inkar edərək qadının çığırdığını, özünün isə əli ilə onun ağzını bağladığını iddia edib.

Avtobusun sürücüsü isə qadının qəfildən yola çıxdığını, hadisənin intihar olduğunu fikirləşdiyini deyib.

OXŞAR XƏBƏRLƏR