Fransa yığma komandası və İngiltərənin “Mançester Yunayted” klubunun əfsanəvi futbolçusu Erik Kantona böyük futbola dönür. 44 yaşlı futbolçu ABŞ-ın “Nyu-York Kosmos” klubunun direktoru təyin edilib. “Nyu-York Kosmos” klubunda əvvəllər Pele və Frans Bekkenbauer kimi ulduz futbolçular çıxış edib.
Xatırladaq ki, Erik Kantona 1997-ci ildə futbolçu karyerasını başa vurduqdan sonra çimərlik futbolu üzrə Fransa yığmasının baş məşqçisi işləyib.