31 yaşlı keçmiş ər dostu ilə birlikdə keçmiş arvadını zorlayıb.
Bu hadisə mediada böyük səs-küy yaradıb.AZXEBER.COM Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, hadisə Antalyada baş verib. 25 yaşlı qadın beş il bundan əvvəl boşandığı 31 yaşlı İ.Kş və onun dostu tərəfindən qaçırılıb.Qadın polisə ifadəsində bunları deyib: “8 yaşlı qızımın atası mənə təcavüz edib. Sonra da məni dostuna verdi. Dostu məni zorlayanda o, siqaret çəkə-çəkə bizə baxırdı”.Hadisə belə olub: Keçmiş ər arvadına zəng edib. Ona qızının xəstələndiyini deyib və görüşmək istəyib. Qadın qızını ondan almaq üçün alış-veriş mərkəzlərindən birinin qarşısına gəlib. Onun dayandığı yerə yaxınlaşan mikroavtobusa zorla mindirilən qadın qaçırılıb. Masa Dağı səmtindəki evdə keçmiş ərinin və onun dostunun təcavüzünə məruz qalan qadın yenə eyni avtomobillə həmin alış-veriş mərkəzinin qarşısına geri qaytarılıb. Dərhal polisə müraciət edən qadın həmin iki nəfərdən şikayətçi olduğunu bildirib.“Ərim mənə dedi ki, kiminlə istəyirsən, onunla da görüşürsən. Bizimlə də əlaqədə olsan, nə olar ki? Mən keçmiş ərinəm, bu da mənim dostumdur!”- qadın ifadəsində deyib.Qadın ərinin onu ölümlə hədələdiyini də bildirib. Hal-hazırda bu şəxslər polis tərəfindən axtarışdadır.