“Ərim leykoz olduğumu bilən kimi məni atdı” - 30 yaşlı ananın dramı

“Ərim leykoz olduğumu bilən kimi məni atdı” - 30 yaşlı ananın dramı
SOSİAL
14:14 23.02.2017
6659
 
Günel Fərhadovanın 30 yaşı var. Əslən Şuşadandır. Ailəsi ilə birgə Ağcabədidə məskunlaşıb. Birinci Qarabağ savaşında Laçın uğrunda gedən döyüşlərdə şəhid olan Nemət İsmayılovun nəvəsidir.
 
Gənc ana dörd ildir qan xərçəngindən əziyyət çəkir. Hazırda müalicəsini B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda davam etdirir: "Dörd il əvvəl aşkarlanıb bu xəstəlik məndə. Nəfəs ala bilmir, təngnəfəs olurdum. Diş diblərində kəskin qanaxmalar olurdu, birinci mərhələnin müalicəsi çox ağır keçdi. Həkimlərin köməyi ilə ayağa qalxdım, amma yenə qayıtdı".
 
Günel Fərhadovanın xəstəliyinin ilkin mərhələsi övladını dünyaya gətirdikdən doqquz ay başlayıb: "Qan analizlərindən bəlli oldu ki, leykozdur. Müalicə olundum. Evdə oldum, övladıma baxdım. Mütəmadi olaraq müalicələrə gedib gəlirdim. Hər üç aydan bir yoxlanırdım".
 
İlk kursdan etibarən remisiya əldə olunan xəstədə dörd ildən sonra kəskin ağırlaşma baş verir: "Kəskin ağrılarım var sinəmdə və kürək hissəmdə. Özümü pis hiss edirəm, halsızlıq var. Müayinə olundum, həkim məsləhəti ilə analizlər verdim. Yenidən leykoz aşkarlandı".
 
Günelin 5 yaşında Nilufər adlı bir qızı var. Deyir ki, həyat yoldaşı xəstə olduğunu öyrəndikdən sonra ailəsini tərk edib. Dörd ildir nə övladı, nə də Günelin səhhəti ilə maraqlanır. 2013-cü ildən ayrılmalarına baxmayaraq, aliment də vermir: "Xəstə olduğumu öyrəndi və ayrıldıq. Heç bir dəfə də maraqlanmayıb. Övladıma anamgil baxır".
 
Qan xərçəngindən əziyyət çəkən Günel övladını valideynlərinin evində, xəstəliyə görə aldığı 140 manat müavinətlə dolandırır. Sağlamlığına qovuşmaq üçün isə imkanlı şəxslərdən kömək gözləyir: "İmkanlı şəxslərdən müalicəm üçün kömək istəyirəm. Köməksizəm. Övladım üçün sağalıb ayağa qalxmaq istəyirəm".
 
B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun böyük elmi işçisi Mahmud Mahmudovla da görüşdük: "Ağ qan xəstəliyindən əziyyət çəkir. Tibbi terminlə desək, leykozdur. Bununla bağlı xəstənin özü də məlumatlandırılıb. Hüceyrələrin sayı az olduğu üçün təkrar sümük iliyinin analizini etməmişik. Təxminən iki həftədən sonra ortalama dövründən sonra, bəzən isə 4-6 həftə içərisində yoxlanılır. Hazırda Günelin xəstəliyinin ikinci mərhələsi üçün müəyyən preparatlar lazımdır. Səhiyyə Nazirliyi tərəfindən institutumuza verilən preparatlar kifayət etmir".
 
Hazırda Günel Qabil qızı Fərhadovanın adına "Kapital Bank"da hesab nömrəsi açılıb.
 
Günel Qabil qızı Fərhadova
Benefisiarın Bankı: Kapital Bank ASC Nərimanov Filialı
Filial kodu: 20 00 93
VÖEN: 99 0000 36 11
SWIFT kod: AHBAZ2X
Müxbir hesabı: AZ 37 NABZ 01350100000000001944
Hesab №: AZ 27 AHB 410 100 194 401 023 951 09
/// APA TV
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
11:32 26.02.2026
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
11:20 26.02.2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
11:11 26.02.2026
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
11:06 26.02.2026
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
11:04 26.02.2026
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
Alyona Əliyeva paylaşım etdi
10:58 26.02.2026
Alyona Əliyeva paylaşım etdi
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
10:46 26.02.2026
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
10:23 26.02.2026
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
10:13 26.02.2026
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
09:59 26.02.2026
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
09:57 26.02.2026
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
09:54 26.02.2026
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
09:51 26.02.2026
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
09:49 26.02.2026
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
09:39 26.02.2026
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım
09:36 26.02.2026
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım