"Ərim maşına görə məni və uşaqlarını atdı" – Elza

"Ərim maşına görə məni və uşaqlarını atdı" – Elza
MAQAZİN
16:36 17.01.2022
997

"Həyat yoldaşımın maşınında öndə ancaq baldızım, qayınanam otura bilərdi”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri əməkdar artist Elza Seyidcahan "Xəzər” televiziyasında yayımlanan "Təsir Dairəsi!” verilişində qonaq olarkən söyləyib. O, keçmiş yoldaşının maşına görə onları tərk etdiyini deyib:

"Həyat yoldaşımın VAZ 2106 markalı maşını vardı. Evdə söz-söhbət olan kimi anası tez açarları götürüb gizlədirdi. Yoldaşım sonda nə məni, nə də uşaqlarını seçdi. O, anasının aldığı maşını seçdi. Öndə ancaq baldızım, qayınanam otura bilərdi. Hələ qayınanam düşəndə bir acıq da verirdi.İndi öz maşınımla keçəndə onları görürəm”.

OXŞAR XƏBƏRLƏR