“Ərim məni əxlaqsız otellərə aparırdı”

“Ərim məni əxlaqsız otellərə aparırdı”
SOSİAL
15:28 21.07.2017
1515
Dələduzluqda təqsirli bilinən Bənövşə Süleymanovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Bənövşə Süleymanovanın keçmiş həyat yoldaşı Elmar Paşayev dindirilib.

Keçmiş ər qeyd edib ki, Bənövşə ilə evli olan dövrdə kafelər alıb: "Universitetdə oxumağa başlayan dövrdən işləmişəm. Həm oxumuşam, həmdə işləmişəm. Ailədə həmişə gəlir gətirən olmuşam. Bənövşənin puluna ehtiyacım olmayıb”.

Bənövşə Süleymanova isə buna etiraz edib: "Camaatdan aldığım pulların hamısını Elmara vermişəm. O pullarla kafelər alıb”.
Təqsiləndirilən şəxs həmçinin qeyd edib ki, əri onu əxlaqsız yeri olan otellərə aparıb: "Həmin əxlaqsız yuvalarından birinin adını deyə bilərəm. Bu "Maral” oteldir. Elmar məni dəfələrlə ora aparıb. Heç kişi də arvadını əxlaqsız yuvalarına aparar? Bununla bağlı faktlar deyə bilərəm. Həmin oteldə olmağımızla bağlı səs yazılarımız, oteldə qeydiyyat dəftərində qeydiyyatdam keçməyimiz var”.

Elmar Paşayev Bənövşənin yalan danışdığını deyib: "Burada da pis heç nə yoxdur. Biz onunla otelə yox, dəniz kənarına gəzməyə getmişik”.
Bənövşə Süleymanova əlavə edib ki, əri onu dəlixanaya salıb və dəlilik adı ilə boşayıb: "Elmar mənə deyirdi ki, vəzifəli şəxslərin adından istifadə elə, pul topla. Amma onun adını hallandırmamağımı istəyirdi. Sonra məni dəlixanaya saldı. Mən "Maştağa”da olan da vətəndaşların məndən şikayət etdiyini eşitdim. Anama, atama zəng edirdim ki, mən dəli deyiləm, məni buradan çıxardın, şikayətçilərlə danışım. Pulları Elmara verdiyimi onlara deyim, onlarda puların kimdə olduğunu bilsinlər. Elmar məndən istifadə edib”.
 
Proses iyunun 27-də davam edəcək.
 
Qeyd edək ki, Bənövşə Süleymanova Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsi rəhbərinin təsərrüfat məsələləri üzrə katibəsi vəzifəsində çalışıb.

O, vəzifə səlahiyyətlərindən istifadə edərək zərərçəkmiş Famil Şükürov, İlham Paşayev və digərlərinin etibarından sui-istifadə edib, onları SOCAR-ın müxtəlif idarələrində işə düzəldəcəyini deyib və ümumilikdə 100 min manata yaxın pullarını dələduzluq yolu ilə ələ keçirib.
Bənövşə Süleymanova Cinayət Məcəlləsinin 178.3.2-ci  (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
14:21 25.08.2025
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
14:15 25.08.2025
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
14:13 25.08.2025
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
14:10 25.08.2025
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
14:05 25.08.2025
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
13:44 25.08.2025
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
13:13 25.08.2025
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
13:12 25.08.2025
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
13:10 25.08.2025
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
13:02 25.08.2025
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi
13:00 25.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi
Çempionlar Liqası: "Qarabağ"ın cavab oyununu fransalı hakimlər idarə edəcək
12:48 25.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın cavab oyununu fransalı hakimlər idarə edəcək
Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq
12:28 25.08.2025
Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib
12:12 25.08.2025
İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib
Qəzzada aclıqdan ölənlərin sayı 300-ə çatdı
12:06 25.08.2025
Qəzzada aclıqdan ölənlərin sayı 300-ə çatdı
"Sədərək"dəki dəhşətli yanğın belə başlayıbmış - VİDEO
11:58 25.08.2025
"Sədərək"dəki dəhşətli yanğın belə başlayıbmış - VİDEO