“Ərim məni yaxşı tanıyır” – Mananadan etiraf

“Ərim məni yaxşı tanıyır” – Mananadan etiraf
MAQAZİN
20:15 05.02.2018
2019

"ARB Ulduz" un "Virtual Həyat" verilişinə bu dəfə Əməkdar artist Manana Çaparizde qonaq olub.

Bir ayağı Azərbaycanda, bir ayağı Gürcüstanda olan əməkdar artist ailəsi və övladları barədə danışıb:

"İndi artıq mənim uşaqlarım var. Əvvəl yoxuydu, ana olmağın necə bir hiss olduğunu anlamırdım. Qızım Elizabet və oğlum David dünyaya gəldikdən sonra mənim üçün həyat önəmli, mənalı və parlaq olmağa başladı.

Nə mənim həyat yoldaşım, nə uşaqlarım, nə anam, ümumiyyətlə heç kim, heç vaxt hiss etməyib ki, Manana bir az yorğundur".

Müğənni bu günədək həyat yoldaşının sənəti ilə bağlı qadağa qoyub-qoymasından söz açıb:

"Heç vaxt heç nə deməyib. Demirəm ki, bu şəraiti mən yaratmışam. Ola bilər ki, onun da təsiri var. Ancaq özümü yaxşı idarə edə bilirəm. Həyat yoldaşım da məni yaxşı tanıyır. O mənə hörmət edir və sevir. Mən də onu milyon dəfə çox sevirəm və hörmət edirəm".

Manana sonda fəaliyyətinin 20 illiyinə həsr olunacaq konsert vermək fikrində olduğunu bildirib:

"May ayında Gürcüstanda konsert planlaşdırılır. Ona görə də məşqlər üçün mən Gürcüstana getməliyəm.Təsəvvür edin ki, artıq vətənim hesab etdiyim Azərbaycanda mən 20 ildir ki, fəaliyyət göstərirəm. 20 illə bağlı arzumuz var ki, gözəl bir konsert təqdim edim".



OXŞAR XƏBƏRLƏR