Aktrisa Ülviyyə Əliyeva Surqutda yaşayan həyat yoldaşından bəhs edib.
AZXEBER.COM axşam.az-a istinadən xəbər verir ki, aktrisa qonaq olduğu "Zaurla Günaydın" proqramında bildirib ki, əri orada təşkilatçılıq işləri ilə məşğul olur:
"20 gün orada qalır, sonra Bakıya yanıma gəlir. Orada toy-xına məclislərinin təşkili ilə məşğuldur. Mən də tez-tez gedib-gəlirəm. Surqutda xınalara gedirəm. İlk dəfə orada xına mərasimini mən etmişəm. İndi Azərbaycanda iş qurmaq istəyir. 24 ildir orada yaşayır. Burada işi alınandan sonra köçəcək Bakıya".
Ülviyyə hazırda kirayədə qaldığını söyləyib:
"Toydan sonra cehiz aparmadım. Çünki müvəqqəti evə köçmüşəm. Ev alandan sonra cehizimi də verəcəklər".