Aktrisa Zümrüd Qasımova "Zaurla Günaydın" verilişinə qonaq olub.
Aktrisa şəxsi həyatından söz açıb. Zümrüd bildirib ki, heç vaxt həyat yoldaşı ilə şəkil paylaşa bilmir:
"Yoldaşımın işi elədir ki, onun görüntüsünü yaya bilmərəm. O, dövlət işində çalışır. Hətta hansısa bir proqramda məndən xəbərsiz onun fotosu göstərilərsə, küsüb oradan gedərəm".
///Axşam.az