Ərindən boşanan azərbaycanlı aktrisa: "Bizimki də bura qədər imiş"

Ərindən boşanan azərbaycanlı aktrisa: "Bizimki də bura qədər imiş"
MAQAZİN
10:42 28.09.2016
3980
Model, aktrisa Sevinc Əlişova rejissor həyat yoldaşı Fuad Əlişovdan ayrıldıqdan sonra ilk dəfə fotokameramıza tuş gəlib.

O, axşam.az-a şəxsi həyatı ilə bağlı açıqlama verib. Boşanması ilə bağlı sualları cavablandırmaq istəməyən S.Əlişova bildirib ki, gündəmdən uzaqlaşmasına səbəb depressiya olmayıb: "Həyatımda hər şey yaxşıdır. Depressiyaya düşənə oxşayıram? Ayrılıq haqda danışmaq istəmirəm. Biz Fuadla düşmən deyilik. 3 balamız var. Onların xeyir işlərində hər zaman bir olacağıq. Bizimki də bura qədər imiş”.

"Ayrıldıqdan sonra sosial şəbəkədən də uzaqlaşdınız” sözlərinə Sevinc belə cavab verib: "İnsana hərdən özü ilə qalmaq lazımdır. Sosial şəbəkələrdən istifadə edirik, getdikcə insanlarla ünsiyəti itiririk. İstədim bir müddət yaxınlarımla, balalarımla baş-başa qalım. Bununla heç nə itirmədim. İndi vaxtımı uşaqlarımla keçirirəm”.

Aktrisa sənət aləmindən tamamilə uzaqlaşdığını bildirib: "Tam başqa bir sahədə çalışıram. Modellikdən, aktrisalıqdan uzaqlaşmışam. Mənə maraqlı bir təklif gəldi və qəbul etdim. Bakıya ilk dəfə gətirilmiş bir brendin administratoru kimi çalışıram”.

"Sizi bir vaxtlar "Səs Azərbaycan” layihəsinin tanıtım çarxında gördük. Amma çarx sonra dəyişdirildi və başqa xanım çəkildi. Deyilənə görə, Fuad Əlişov sizin bu sahədə olmağınızı istəmədiyi üçün tanıtım çarxı dəyişdirilib” sözlərinə Sevinc belə münasibət bildirib:

"Müştərinin seçimi başqa model oldu. Mən orada prodüser-kordinator kimi çalışırdım. Model çəkilişə gecikdi, yerinə mən çəkildim. Sonra isə qərar dəyişdi. Mən həmişə işləmişəm, işləyirəm və işləyəcəyəm də. Amma aktrisalıq etməyəcəyəm. Bəlkə yoruldum, bəlkə böyüdüm. Maraqlı film dəvəti olsa, qəbul edərəm. Amma əvvəlki kimi klip, reklam və digər xırda işlər olmaz. 3 uşaq anasıyam, balalarıma layiq olmalıyam”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
17:22 20.10.2026
Şagirdlər buraxılış imtahanından niyə narazıdır? – Ekspertdən AÇIQLAMA
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
17:22 20.10.2026
Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
17:06 20.10.2026
TƏBİB-lə bağlı qərar büdcəyə necə təsir edəcək - Qənaət, yoxsa əlavə xərc?
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
16:55 20.10.2026
Əhliman Əmiraslanov Bişkekdə TÜRKPA-nın iclasında çıxış etdi
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
16:52 20.10.2026
Fransanın cənub-şərqində güclü yağışlar daşqınlara səbəb oldu
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA
16:44 20.10.2026
“375 oturacaqlı qatarda 9 yer fərq yaratmır” – ADY-dən VIP yerlərlə bağlı AÇIQLAMA
20 Oktyabr – Zəngilan şəhəri günü: Tarixi Zəfərin qürur səhifəsi
16:32 20.10.2026
20 Oktyabr – Zəngilan şəhəri günü: Tarixi Zəfərin qürur səhifəsi
Mourinyo: “Arda Gülər oynasaydı, bizə 5 qol vurardılar”
16:28 20.10.2026
Mourinyo: “Arda Gülər oynasaydı, bizə 5 qol vurardılar”
Bakı-Sumqayıt qatarında sıxlıq: Sərnişinlər ayaq üstə, VIP yerlər isə boş – VİDEO
16:25 20.10.2026
Bakı-Sumqayıt qatarında sıxlıq: Sərnişinlər ayaq üstə, VIP yerlər isə boş – VİDEO
Mədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır
16:18 20.10.2026
Mədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır
She’s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı
16:12 20.10.2026
She’s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı
Xəyal etdi, inandı, qazandı — “Sürətlə Yeni Mövsümə” lotereyasının "Changan Q07" qalibi danışdı
16:12 20.10.2026
Xəyal etdi, inandı, qazandı — “Sürətlə Yeni Mövsümə” lotereyasının "Changan Q07" qalibi danışdı
Prezident sərəncam imzaladı
15:56 20.10.2026
Prezident sərəncam imzaladı
Nəsimi Musayev Ermənistanda belə həbs olunub - VİDEO
15:52 20.10.2026
Nəsimi Musayev Ermənistanda belə həbs olunub - VİDEO
Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyi bəyanat yaydı
15:43 20.10.2026
Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyi bəyanat yaydı
İsveç səfiri Hikmət Hacıyevlə görüşdü
15:40 20.10.2026
İsveç səfiri Hikmət Hacıyevlə görüşdü