Ərindən sonra özü də həbs edildi

Ərindən sonra özü də həbs edildi
DÜNYA
15:19 13.08.2025
183
Cənubi Koreyanın keçmiş prezidenti, həbs edilib daha sonra azadlığa çıxan Yoon Suk Yeol-un həyat yoldaşı Kim Keon Hee də həbs edilib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, o, korrupsiya istintaqı çərçivəsində sübutları saxtalaşdırmaqda şübhəli bilinərək həbs edilib.
 
Seul Məhkəməsində keçirilən iclasda xüsusi prokuror Min Çunqkinin həbs tələbinə baxılıb.

Hakim qarşısına çıxan Kim ona qarşı irəli sürülən ittihamları rədd edib.
 
Məhkəmə orqanları ilə əməkdaşlıq etdiyini deyən Kim səhhətinin pis olduğunu əsas gətirərək məhkəməyə qədər azadlığa buraxılmasını istəyib.
 
Bununla belə, məhkəmə Kimin həbsinə qərar verib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR