Ərinə xəyanət etdiyi kişidən hamilə qaldı: İfadəsi heyrətləndirdi

Ərinə xəyanət etdiyi kişidən hamilə qaldı: İfadəsi heyrətləndirdi
DÜNYA
10:08 30.11.2018
12599
Müge Anlının aparıcılığını etdiyi "Tatlı Sert" proqramına qatılan və keçmiş həyat yoldaşının 4 yaşlı oğluna onu həsrət qoyduğunu iddia edən qadının etirafları qan dondurub.

AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, verilişdə Birgül Memiş adlı qadının ilk həyat yoldaşını başqa bir kişi ilə aldatdığı və hazırda üçüncü bir şəxslə birlikdə olduğu ortaya çıxıb.

24 yaşlı gənc qadının evliykən başqa bir şəxsdən hamilə qaldığı faktı eşidənləri dəhşətə gətirib. 18 yaşında ilk ailə həyatını quran və ilk əri Faruk bəyin uşağın ondan olmadığını bildiyi halda uşağı üzərinə yazdırdığını deyən Memiş bunları dilə gətirib:

"18 yaşımda ailəmin təzyiqi ilə ailə həyatı qurdum. Ərimi sevmirdim. Başqası ilə tanış oldum və ondan hamilə qaldım".

Müge Anlının "Uşağının başqasından olduğunu söyləməyə qorxmadınmı?" sualına isə "Xeyr" cavabını verən Memiş "Mən yüzdə-yüz əminəm. Öz uşağımın kimdən olduğunu bilməyəcəmmi?" deyərək DNT testinə də hazır olduğunu qeyd edib.
OXŞAR XƏBƏRLƏR