Gənc qadın öz hisslərinin əsirinə çevrilərək həm işindən, həm də ailəsindən olub
ABŞ-da yaşayan müəllimə hisslərinin qurbanı olub.
Anspress-in xəbərinə görə, ABŞ-da yaşayan 30 yaşlı müəllim 17 yaşlı şagirdi ilə birlikdə cinsi münasibətdə olduğu üçün həbs edilib.
Cəza müddəti hələ bəlli olmayan müəllim liseydən də xaric edilib. Artıq Texasda yaşayan hər kəs etdiyi hərəkətə görə Saralin Qeyl Portvud adlı bu qadını tanıyır. İşlədiyi liseydəki yeniyetmələrdən biri ilə münasibətdə olduğu üzə çıxan Saralin daha çox ərini şoka salıb. O, bu liseydə bir ildən az müddətdir ki, işləyirmiş. İndi isə gənc qadın öz hisslərinin əsirinə çevrilərək həm işindən, həm də ailəsindən olub.
Saralin Qeyl Portvudu tanıyanlar indi ona təəssüf hissi ilə yanaşırlar. Çünki onların kənardan olduqca xoşbəxt bir evliliyi olduğu görünürmüş. Üstəlik, qatı xristian olduğu deyilən qadının həm də bir oğlan övladı var.
