Ərini söyüb işlədən arvad: bıçaqladı, "Ay Allah, nə etdim deyib" ağladı...

Ərini söyüb işlədən arvad: bıçaqladı, "Ay Allah, nə etdim deyib" ağladı...
SOSİAL
20:30 15.01.2022
863
Həyat yoldaşını və onun bacısını bıçaqlamaqda ittiham olunan Şəmkir sakini, 45 yaşlı G.A.-nın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Onun əlini qana batırmasına uzun illərdən bəri səngiməyən ailədaxili narazılıq, dava-dalaş səbəb olub.

AZXEBER.COM virtualaz.org-a istinadən xəbərinə görə, hadisə ötən il mayın 26-da Şəmkirdə baş verib. G.A. (kişi) ailə münaqişəsi zəminində 35 yaşlı Ş.T.-ni (həyat yoldaşı) və onun bacısını bıçaqlayıb. Hər iki yaralı xəstəxanaya çatdırılıb.

Təqsirləndirilən kişi ifadəsində qadınla 12 ildir ailə həyatı qurduqlarını, birgə nikahdan 3 övladları olduğunu deyib. Ailədə daim narazılıq, dava-dalaş hökm sürüb: "O, yaşlı anamla mübahisə edir, ev işləri görmür, məni söyürdü. Yeməyi özüm bişirir, ev işlərini də özüm görürdüm”.

G.A.-nın ifadəsinə görə, hadisə baş verən gün səhər saatlarında həyat yoldaşı uşaqlarını da götürüb qonşuluqda yaşayan bacısı evinə gedib. Həmin gün özü təmizlik işləri aparıb, qabları yuyub, döşəməni silib. Bir qədər sonra arvadı əsəbi halda evə qayıdıb: "İçəri girən kimi dedi ki, qardaşın məni təhqir edir. Qardaşımı da, məni də söydü. Atamın ünvanına da söyüş işlətdi. Mübahisəmiz düşdü. Səs-küyə bacısı da gəldi. Hər ikisi yaxamdan tutub dartdılar. Artıq onun hərəkətlərindən bezmişdim. Əsəbi halda bıçağı götürüb arvadımı vurdum. Bacısı boğazımdan yapışdıqda bıçaqla onu da vurdum. Evdən çıxıb həyətə düşdüm”.

Bir qədər sonra geri qayıdan kişi baldızının qarnının sarıqlı olduğunu, qan axdığını görüb. O, yalvararaq səhv etdiyini deyib və qonşuluqda yaşayan tibb bacısını çağırmağa yollanıb. Tibb bacısı gələrək bacılara ilkin tibbi yardım göstərib. Hadisə yerinə gələn polis əməkdaşları kişini polis şöbəsinə aparıblar.

Məhkəmədə G.A. törətdiyi əməldən peşman olduğunu, arvadı və baldızı ilə barışdığını deyib. Zərərçəkmiş Ş.T. ifadəsində müxtəlif səbəblərdən ailədaxili narazılıqları olduğunu deyib. Hadisədən üç gün əvvəl isə onların heyvanlarının içərisinə bir ədəd qaz cücəsi qarışdığını bildirib.

"Qaynım arvadı qaz cücəsinin onların olduğunu deyib gəlib apardı. Daha sonra qonşumuz gəldi ki, bəs cücə onundur. Buna görə qaynımın evinə getdim. O, qolumdan yapışıb "düşmən, qapıma nəyə gəlmisən?” deyib məni dəmir hasara vurdu. Dedim, köpəyoğlu məni niyə döyürsən? Sonra da ağlaya-ağlaya evə gəldim. Ərimə dedim ki, sən necə kişisən, mənə yiyə çıxmırsan, qardaşın 12 ildir məni döyür. O, "bezmişəm, nə qədər dava-dalaş olar, məni boğaza yığmısınız” deyib üstümə gəldi. Bacım araya girdi, dedi ki, vurma, üç balası var, yazıqdır. G.A. əsəbi idi deyə bacıma qulaq asmadı”, - həyat yoldaşı baş verənlər haqda bunları deyib.

Ş.T. deyir ki, əri onu və bacısını bıçaqla vurandan sonra "ay Allah, mən nə etdim” deyərək ağlayıb. Üzünü qonşuluqda yaşayan qardaşının evinə sarı tutub "niyə mənim evimə qan saldınız” deyib.

Zərərçəkmiş əri ilə barışdığını, uşaqlarını saxlamaqda çətinlik çəkdiyini, ondan şikayətçi olmadığını deyib. Digər zərərçəkmiş də G.A.-dan şikayətçi olmadığını bildirib.

Məhkəmənin hökmü ilə G.A.1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb