Ərinin dostu ilə eşq yaşayan qadının dəhşətli əməli

Ərinin dostu ilə eşq yaşayan qadının dəhşətli əməli
SOSİAL
13:22 21.02.2018
7662

Həyat yoldaşının sevgilisi tərəfindən tüfənglə vuruldu.

 

Türkiyəli Enver Kosova həyat yoldaşı ilə sevgili olan dostu Ferit Demir tərəfindən öldürülüb.


AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, sözügedən hadisə İstanbulda baş verib. Belə ki, Enver Kosova həbsxanada olduğu müddətdə dostu Ferit Demir onun ailəsinə maddi yardım edirmiş.

 

Enver Kosova həbsdən çıxdıqdan sonra 25 yaşlı xanımı Nuran Kosovayla dostu arasında münasibət olduğundan şübhələnib. Nəticədə cütlük arasında yaranan söz-söhbətlər ayrılıqla sonlanıb.

 

Nuran Kosova oğlu ilə birlikdə sevgilisi Ferit Demire zəng edərək onun evində qalıb. Bunu öyrənən Enver Kosova dostuna zəng edib, onu görüşə çağırıb. Görüşə zamanı başlayan dava nəticəsində Ferit Demir Enver Kosovanı tüfənglə atəş açaraq öldürüb.

 

Nuran Kosova ilə qaçan Ferit Demir polis tərəfindən saxlanılıb.

 

 

Leyla Rəhimli

OXŞAR XƏBƏRLƏR