Ərinin yumruğundan ölən qadının qətlində - Müəmma

Ərinin yumruğundan ölən qadının qətlində - Müəmma
SOSİAL
10:30 26.03.2016
4053
Bakıda qadının ərinin yumruq zərbəsindən sonra dünyasını dəyşməsinin təfərrüatı məlum olub.
Hadisə Sabunçu rayonu ərazisində, Savalan qəsəbəsinin Nizami küçəsində baş verib. Qəsəbə sakini Yasin Mikayılov həyat yoldaşı Samirə Mikayılovaya ailə münaqişəsi zəminində yumruqla zərbə endirib. Bu zərbədən sonra qadın dünyasını dəyişib.
Çəkiliş qrupumuz hadisənin baş verdiyi ünvanda olub. Ancaq ailə üzvləri dünyasını dəyişən 28 yaşlı Samirə Mikayılovanı dəfn etmək üçün Tərtər rayonuna getdiyindən evdə heç kim olmayıb.
İlkin ehtimallara görə, Mikayılovların azyaşlı övladları xəstələndiyi üçün Yasin həyat yoldaşı Samirəyə əsəbiləşib və “Uşaqları niyə xəstələndirdin?” deyərək onu yumruqla vurub.
Ancaq qonşular bu ehtimalın əsassız olduğunu deyir. Onların sözlərinə görə, martın 21-də 28 yaşını qeyd edən Samirə Mikayılovanın soyuqdəyməsi olub. Xəstəlik sonradan 2 və 5 yaşlı oğullarına da keçib. Sağalmaq üçün tədbirlər görən Samirə bəzi dərmanlar qəbul edib. Qonşuların bildirdiyinə görə, çox keçmədən dərman əks-təsir yaradıb və qadının halı pisləşib.
Hadisə barədə Sabuncu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə məlumat verilib. Meyit müayinə olunmaq üçün Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyininin Sabunçu rayon şöbəsinə aparılıb. Meyiti müayinə edən ekspertlər mərhumun baş nahiyəsində göyərmənin olduğunu deyiblər.
Artıq faktla bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
Mərhum Samirə Mikayılovanın həyat yoldaşı Yasin artıq saxlanılıb. Ekspertiza qadının zərbədən öldüyünü təsdiqləsə, Yasin Mikayılovu həbs gözləyir.
///Apa tv
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
18:33 04.06.2026
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
18:27 04.06.2026
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
18:08 04.06.2026
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
17:48 04.06.2026
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
17:43 04.06.2026
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:40 04.06.2026
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı