Erkan Özerman Kıvanç Tatlıtuğun seks hekayələri haqda danışacaq
MARAQLI
17:11 20.12.2011
7013
Məşhur türkiyəli aktyor Kıvanç Tatlıtuğ "Best Model of the World" yarışmasının prezidenti, məşhur təşkilatçı Erkan Özermanı məhkəməyə verib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Erkan Özermanın reportajlarının birində söylədiyi “Mədəniyyət məktəbdən alınır, ədəb evdən. Ana-atası belə Kıvanca mənim qədər dəyər vermədi", sözlərinə əsəbləşən məşhur aktyor, dünən vəkilinə göstəriş verib. Kıvanc Tatlıtuğun böyük qardaşı Tugay Tatlıtuğ "Böhtan və təhqir" iddiası açacaqlarını söyləyib: "Bu adamın nə etmək istədiyini hər kəs bilir. Amma yenə də həddini bildirmək lazımdır. Kıvanc indiyə qədər əfəndiliyindən susdu. Məsələyə anam və atam qarışdırılınca dayanmaq olmur. Məsələni məhkəmə yolu ilə həll edəcəyik, çox yüksək bir təzminat iddiası açırıq".