Erkin Qədirlinin mandatı alına bilər? - AÇIQLAMA

Erkin Qədirlinin mandatı alına bilər? - AÇIQLAMA
SİYASƏT
12:12 26.01.2023
770
Milli Məclisin İntizam kommisiyasında deputat Erkin Qədirlinin işinə baxıla bilər.

AZXEBER.COM xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Parlamentin İntizam kommisiyasının sədr müavini Fəzail Ağamalı bildirib.

O, həmkarı Erkin Qədirlinin parlamentin legitimliyini şübhə altına alan fikirlərinə görə qınayıb və bu məsələnin araşdırılacağını deyib:

"Erkin Qədirlinin çıxışını izlədim. Doğrudan da, o, demokratik yolla seçilməyibsə, niyə 3 ildir Milli Məclisin mandatını daşıyır, komitə və parlament iclaslarında iştirak edir, eyni zamanda beynəlxalq aləmdə Azərbaycan müxalifətinin təmsilçisi kimi özünü təqdim edir? 3 ildir ən yüksək maaşı alır. Milli Məclisin deputatı və bir partiyanın üzvü məsələyə səmimi yanaşmalıdır. Ancaq Erkinin yanaşması səmimi deyil. Bu sadəcə olaraq, ikibaşlı oynamaqdır. Bu, həm də azərbaycanlıya yaraşan hərəkət deyil”.

Sədr müavini qeyd edib ki, Erkin Qədirli xalqdan üzr istəməli və mandatından imtina etməlidir:

"Həqiqətən də, o, demokratik yolla deputat seçilməyibsə, bu fakt ona bəllidirsə, onda faktın üstünü açsın. Azərbaycan xalqından üzr istəsin. Mandatını yerə qoysun və indiyə qədər aldığı maaşları da geri qaytarsın”.

İntizam kommisiyasının Erkin Qədirli olayına görə nə vaxt toplaşacağına gəlincə, sədr müavini bildirib:

"Nizamnaməni pozan istənilən deputatla bağlı Milli Məclisin rəhbərliyi tərəfindən araşdırma aparılır. Bundan sonra araşdırma İntizam Kommissiyasına təqdim olunur. İntizam kommisiyası həmin araşdırma əsasında deputatın fəaliyyətinə qiymət verir. İntizam Kommisiyasına hələlik araşdırma təqdim olunmayıb. Gələcəkdə olarsa, bu məsələyə baxacayıq”.

Qeyd edək ki, deputat Erkin Qədirli Azərbaycanda parlament seçkilərinin qeyri-demokratik keçirilməsini iddia edib. Onun açıqlaması həmkarlarının etirazına səbəb olub. Bəzi parlamentarilər onu deputat mandatından imtina etməyə çağırıblar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu gün xoş xəbər alacaq 3 bürc
10:53 07.10.2026
Bu gün xoş xəbər alacaq 3 bürc
"Der Spiegel" və digər xarici KİV-də yayılan iddialara Azərbaycandan reaksiya
10:52 07.10.2026
"Der Spiegel" və digər xarici KİV-də yayılan iddialara Azərbaycandan reaksiya
İtkin düşmüş heç bir vətəndaşımız unudulmur - İlham Əliyev
10:48 07.10.2026
İtkin düşmüş heç bir vətəndaşımız unudulmur - İlham Əliyev
Radius “Canlı əfsanələr” layihəsinin 2026 kolleksiyasını Qurban Qurbanova həsr edir
10:41 07.10.2026
Radius “Canlı əfsanələr” layihəsinin 2026 kolleksiyasını Qurban Qurbanova həsr edir
Qadınlara ödənilən müavinətlə bağlı mühüm dəyişikliklər - 8 min manat...
10:16 07.10.2026
Qadınlara ödənilən müavinətlə bağlı mühüm dəyişikliklər - 8 min manat...
Əli Nağıyev: Hazırda Azərbaycanın itkin düşən şəxslərinin sayı 4010 nəfərdir
10:00 07.10.2026
Əli Nağıyev: Hazırda Azərbaycanın itkin düşən şəxslərinin sayı 4010 nəfərdir
Gəmidə həlak olan Rüstəm Həsənov polkovnik imiş
09:53 07.10.2026
Gəmidə həlak olan Rüstəm Həsənov polkovnik imiş
Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
09:48 07.10.2026
Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
09:45 07.10.2026
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
Azərbaycan Britaniya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirə bilər
09:44 07.10.2026
Azərbaycan Britaniya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirə bilər
Bakıda avtobusla minik avtomobili toqquşdu: sürücü sıxılmış vəziyyətdə qaldı - VİDEO
09:41 07.10.2026
Bakıda avtobusla minik avtomobili toqquşdu: sürücü sıxılmış vəziyyətdə qaldı - VİDEO
Messi Argentina millisində 126-cı qolunu vurdu, Ronaldo 146 qolla öndədir
09:36 07.10.2026
Messi Argentina millisində 126-cı qolunu vurdu, Ronaldo 146 qolla öndədir
Bakı sakini İsmayıllıda bıçaqlanıb
09:30 07.10.2026
Bakı sakini İsmayıllıda bıçaqlanıb
Husilər Ər-Riyad beynəlxalq hava limanını ballistik raketlərlə vurdular
09:25 07.10.2026
Husilər Ər-Riyad beynəlxalq hava limanını ballistik raketlərlə vurdular
“Neftçi”nin futbolçusu Messiyə xüsusi hədiyyələr təqdim etdi
09:20 07.10.2026
“Neftçi”nin futbolçusu Messiyə xüsusi hədiyyələr təqdim etdi
76 ilin iqlim rekordu qırıla bilər - “El Nino” ilə bağlı xəbərdarlıq
09:14 07.10.2026
76 ilin iqlim rekordu qırıla bilər - “El Nino” ilə bağlı xəbərdarlıq