Britaniyanın Cənubi Uels bölgəsində yaşayan Endi Fils və Piretta Bleysin dediklərinə görə, başqa ailələrdən heç nə ilə fərqlənmirlər.
Sadəcə, bir məqamdan savayı: onlar bir-birlərinin qanlarını içirlər.
Endi və Piretta Britaniyada yaşayan 15 min vampirdən fərqlənmədiklərini deyirlər.
"Bir-birimizin qanını içəndə həzz alırıq. Sanki mənəvi və ruhi baxımdan birləşirik. Lakin qan o qədər də dadlı deyil. Hər halda çiyələklə müqayisədə dadsızdır. Hazırda yataq otağında bir-birimizin qanını içsək də, başqa gənc vampirlər təki müəyyən günlərdə "ov"a çıxırıq", - Endi Fils deyib.
Piretta Bleys isə söyləyib ki, ayın müəyyən günlərində vampirlər bir araya gəlir, bir-birlərinin qanını içirlər: "Hər şey qaranlıqda olur, yığışanların sifətləri görünmür".(Milli.az)