İngiltərənin "Mançester Siti" klubunun və Norveç millisinin hücumçusu Erlinq Holann Osloda yerləşdikləri otelin yaxınlığında zədələnib.
Yığma üzvləri avtobusdan çıxıb otelə doğru gedərkən, qəfil açılan qapı hücumçunun üzünə çırpılıb.
E.Holann sosial şəbəkələrdə şəklini paylaşaraq "üç tikiş" yazıb. O, daha sonra paylaşımını silib.
Qeyd edək ki, Norveç millisi DÇ-2026-nın seçmə mərhələsində sentyabrın 9-da evdə Moldova millisi ilə qarşılaşacaq.
\report