Amerikalı müğənni və aktrisaŞerin qızı cinsini dəyişərək kişi olub.
Erməni əsilli, əsl ad və soyadı Şerilin Sərkisyan olan müğənninin 42 yaşlı qızının dediyinə görə, əvvəllər kişilər onun dərdindən ölürmüş.
"Təbii ki, cavanlıq illərimdə kişilərlə xeyli macəralarım, eşqlərim və tanışlıqlarım olub. Amma hər zaman özümü kişi kimi hiss edir, kişi olmaq istəyirdim. İndi arzuma çatmışam", - artıq Çez Bono adını daşıyan sabiq qadın-indiki kişi deyib.
Birləşmiş Ştatların ən populyar tok-şoususunun müəllifi və aparıcısı Opra Uinfrinin proqramına qatılan Çez Bononun sözlərinə görə, qız doğulsa da, uşaqlıq yaşlarından bədənindən utanıb, çəkinib və iyrənib: "Özümü sanki həbsxanadakı kimi hiss edirdim. Tanrıma yalvarırdım ki, səhər ayılanda özümü kişi kimi görüm, çünki qadın bədənimdən nifrət edirdim. Üstəlik, illər keçdikcə kökəlir, formadan çıxırdım və axırda tosqun qadına çevrilmişdim. Amma nə yaxşı ki, 64 yaşlı anam məni anladı və dəstək oldu".
Çezin sözlərinə görə, kişi olmamışdan əvvəl probelmlərini lesbiyan olmaqla həll edəcəyini düşünüüb. Lakin lesbiyanlıq onun kişiyə çevrilmək istəyini azaltmayıb. Yaxın rəfiqəsi, lesbiyan Elia da məşhur müğənninin qızının bu əzablarını görəndə ona cinsini dəyişmək üçün cərrahiyyə əməliyyatı keçirməyi məsləhət bilir.
"Anam məni qız doğub və qız böyüdüb. Ona görə düşünürəm ki, cinsimi dəyişmək anam üçün asan məsələ deyildi. Lakin əməliyyatdan sonra hiss etdim ki, anamın mənə olan münasibətində zərrə qədər dəyişiklik yoxdur", - Çez Bono söyləyib.
Sabiq qadın, indiki kişi Çez Bono başına gələnlər barədə "Keçid dövrü: kihiyə çevrilməyimin hekayəti" (Transition: The Story of How I Became a Man) adlı kitab da yazıb. //milli.az
{jcomments off}