Onun sözlərinə görə, bu barədə qərar Ermənistan prezidenti Serj Sarkisyanla müzakirələr zamanı qəbul olunub. Bununla yanaşı, Artur Baqdasaryan bildirib ki, bu, onlara qarşı təzyiqin nəticəsi deyil. Onun sözlərinə görə, onlara təzyiq etmək də o qədər də asan iş deyil: ““Orinats Yerkir” partiyasından olacaq yeni kənd təsərrüfatı naziri postuna namizədin adı yanvarın 10-da məlum olacaq”.
Qeyd edək ki, Gerasim Alaverdyan kənd təsərrüfatı naziri postuna ötən ilin may ayında təyin edilib. Ermənistanın hakim koalisiyasında kənd təsərrüfatı naziri postu kvotaya görə “Orinats Yerkir” partiyasına məxsusdur.