Ermənilər daha bir xalq mahnımızı oğurladılar - VİDEO

Ermənilər daha bir xalq mahnımızı oğurladılar - VİDEO
ŞOU-BİZNES
09:51 15.06.2011
1995

 Ermənistanın ictimai kanalı vasitəsilə yayımlanan “Xalq müğənnisi” musiqi yarışmasında Nişam Manuçaryan adlı iştirakçı “Süsən sünbül” mahnısını erməni dilində ifa edib. Xalq mahnımızın müəllifi isə erməni aşığı Aşıq Şeram kimi qeyd olunub. Yarışmanın həmin həftəsi Aşıq Şerama həsr olunub və ifa olunan bütün mahnılar onun repertuarına aid olub. “Süsən sünbül” erməni dilində “Alvan Varter” adı ilə ifa olunub. Bu ifadə dilimizə tərcümədə isə “əlvan qızılgüllər” mənasına gəlir. 

“Süsən sünbül” xalq mahnısı xalq artisi Xan Şuşinski tərəfindən ifa olunub və xalq arasında məşhurlaşıb. Azərbaycanın xalq artisti, müstəsna istedadlı, geniş diapazonlu, gur və məlahətli səsi, yüksək ifaçılıq mədəniyyətinə malik Xan Şuşinski bu mahnını keçmiş SSRİ-nin bir çox ölkələrində ifa edib. Xan Şuşinskidən sonra da “Süsən sünbül” bir çox xanəndələrimiz tərəfindən səslənib və indiyə qədər ifa olunur. Qeyd edək ki, “Süsən sünbül” ermənilər tərəfindən mənimsənilən ilk mədəni sərvətimiz deyil. Onlar indiyə qədər bir çox xalq və bəstəkar mahnılarımızı öz adlarına çıxararaq erməni mahnısı kimi təqdim ediblər.

AZXEBER.COM-un məlumatına görə, Manuçaryandan əvvəl Çilanqaryan adlı erməni müğənni də bu mahnını ifa edibmiş. Həmin videonu təqdim edirik.

 

OXŞAR XƏBƏRLƏR