Ermənilər oyuncağın içinə bomba qoyub Azərbaycana göndərdi

Ermənilər oyuncağın içinə bomba qoyub Azərbaycana göndərdi
07:52 15.07.2011
1655

Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində dəətli hadisə baş verib. APA-nın məlumatına görə, partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahməliyeva Elnarə Məmmədtağı qızı həlak olub, onun anası isə ağır yaralanıb.

Məlumata görə, partlayıcı qurğu quraşdırılmış uşaq oyuncağı Ermənistan tərəfindən Əlibəyli kəndində daxil olan Tovuz çayına buraxılıb. E. Şahməliyeva oyuncağı götürərək evlərinə gətirib və oynayarkən partlayıcı qurğu işə düşüb.
Xatırladaq ki, 1994-cü ildə də həmin ərazidə analoji hadisə baş vermişdi. Belə ki, Ermənistan tərəfindən çaya buraxılan oyuncağı götürərkən partlayış baş verməsi nəticəsində iki azyaşlı uşaq həlak olmuş, biri isə yaralanmışdı.

 

OXŞAR XƏBƏRLƏR