Erman Toroğlu istintaqa çağırıldı

Erman Toroğlu istintaqa çağırıldı
İDMAN
18:22 09.02.2026
215
Türkiyəli futbol şərhçisi, sabiq hakim Erman Toroğlu istintaqa çağırılıb.

Onun barəsində efirdə səsləndirdiyi fikirlərə görə istintaq başladılıb.

O, dezinformasiya yaymaqda ittiham olunur.

Toroğlu "Dursun Özbek ("Qalatasaray" klubunun prezidenti-red.) Türkiyə Futbol Federasiyasının prezidenti ilə gizli görüşündə "Biz bu il çempion olmağa məcburuq, vəziyyət çox pisdir, bizə kömək ol" deyib" ifadəsini dilə gətirdiyi üçün hazırda araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR