Erməni Azərbaycana gəldi: "Bilet alıb Bakıya gələn ilk erməniyəm"

Erməni Azərbaycana gəldi: "Bilet alıb Bakıya gələn ilk erməniyəm"
SOSİAL
00:01 10.10.2016
12831
Erməni siyasi fəal, hazırda İsveçdə mühacirətdə yaşayan, hazırkı Ermənistan hakimiyyətinə müxalif olan Vahe Avetyan Azərbaycana gəlib.
 
AZXEBER.COM Meydan TV-yə istinadən xəbər verir ki, onu aeroportda Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndələri qarşılayıblar. Heydər Əliyev adına Beynəlxalq Hava limanında saxlanılan Vahe Avetyan facebook profilində hadisə ilə bağlı açıqlama yayıb: "Bu, sülhün başlanğıcıdır. Bilet alıb Bakıya gələn ilk erməniyəm. 25 ildir bu ölkəyə dəvətsiz, hökumətin razılığı olmadan bir erməni də girə bilməyib. Mən öz istəyimlə gəlmişəm. Qonaq gəlmişəm. Tarixi dəyişirik”.
 
DTX nümayəndələrinə səfərin səbəbini izah edən V. Avetyan geri göndəriləcəyini güman edir. Vahe Avetyan DTX əməkdaşlarının onu kofe ve tosta qonaq etdiyini də yazıb: "Oturub söhbət edirik, deyib-gülürük. Əla uşaqlardır”.
OXŞAR XƏBƏRLƏR